Trend xəbər verir ki, bu gün Rusiyanın Bakıdakı səfiri Vasiliy İstratov bildirib ki, Rusiya prezidenti Vladimir Putin rəsmi Bakıdan 2007-ci ildə Azərbaycana səfər barədə dəvət alıb.
Onun sözlərinə görə, müxtəlif tədbirlər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin iki dəfə Rusiyaya səfər edəcəyi istisna edilmir, yayda MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirakı da gözlənilir.
O qeyd edib: "Bir sıra başqa səfərlər də gözlənilir, o cümlədən Azərbaycanın baş naziri Artur Rəsizadənin səfəri. Bizim ölkələr arasında ikitərəfli münasibətlərin genişlənməsi yeni səfərlər üçün şərait yradır".