...

Kəmaləddin Heydərov: Azərbaycanla Fransa qurumları arasnıda imzalanan saziş texniki yardımların göstərilməsinə və digər məsələlərə yardım edəcək

Siyasət Materials 9 Dekabr 2006 13:37 (UTC +04:00)
Kəmaləddin Heydərov: Azərbaycanla Fransa qurumları arasnıda imzalanan saziş texniki yardımların göstərilməsinə və digər məsələlərə yardım edəcək

Azərbaycanla Fransanın iki qurumu arasnıda imzalanan saziş texniki yardımların göstərilməsinə və digər məsələlərə yardım edəcək. Trend xəbər verir ki, bu barədə dekabrın 9-da Fransanın Ərazi Abadlıq Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında saziş imzalanması mərasiminə həsr olunmuş brifinqdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

K.Heydərov bildirib ki, saziş həmçinin mülki müdafiə, yanğınsöndürmə və digər fövqəladə halların aradan qaldırılması üzrə məsələlərin, təcrübə baxımından iki ölkənin müvafiq qurum əməkdaşlarının maarifləndirilməsi, təcrübə mübadiləsi, kadrların hazırlanması baxımından da böyük dəstək olacaq.

Nazirlin sözlərinə görə, FHN texniki avadanlıqların alınmasına dair Fransanın iri və aparıcı şirkətləri ilə də müqavilələr imzalamağa hazırlaşır.

Xəbər lenti

Xəbər lenti