...

Ali Rada alt komitəsinin başçısı: Azərbaycan və Ukrayna mümkün əməkdaşlıq potensialının yalnız bir neçə faizindən istifadə edirlər

Siyasət Materials 18 Dekabr 2006 15:51 (UTC +04:00)
Ali Rada alt komitəsinin başçısı: Azərbaycan və Ukrayna mümkün əməkdaşlıq potensialının yalnız bir neçə faizindən istifadə edirlər

Trend in xüsusi müxbirinin Ukrayna Ali Radasının Xarici işlər komitəsinin xarici iqtisadi əlaqələr və transsərhəd əməkdaşlıq məsələləri üzrə alt komitəsinin sədri, Regionlar partiyasının deputat parlament fraksiyasının üzvü Taras Çornovillə eksklüziv müsahibəsi

- Siz hazırda GUAM layihəsi çərçivəsində, xüsusilə Ukrayna və Azərbaycanın qarşılıqlı münasibətlərinin vəziyyətini necə qiymətləndirirsiniz?

- Ukrayna-Azərbaycan münasibətlərinin strateji olmaq şansı var idi. Çox təəssüf ki, MDB çərçivəsində həmin ikitərəfli münasibətləri reallaşdırmaq cəhdi, vaxtilə ciddi nəticə verməyib.
MDB hər yerdə olmasa da, vaxtilə bir növ boşanma prosesi rolunu icra edib. Deyək ki, Azərbaycan və Ermənistanın vəziyyətində o, heç cür köməklik göstərə bilməyib.
Digər tərəfdən, o, bəzi məqamlarda müəyyən iqtisadi əməkdaşlıq kimi işləməyə başlayıb, lakin bu əməkdaşlıq da ikitərəfli əməkdaşlıq səviyyəsinə çıxmayıb.
Məsələn, keçmiş ittifaqın cənub-qərbində yerləşən bir sıra ölkələrin əməkdaşlıq imkanlarının reallaşdırılması üçün əlaqələrin, iqtisadi münasibətlərin müəyyən tam sistemi yaradılıb və GUAM-ın yaradılması düşünülüb. O vaxt Özbəkistanı nəzərə alaraq, bu təşkilat GUÖAM idi. Və bu layihənin üçün çox böyük perspektivləri var idi. Təəssüf ki, o, iki səbəbdən və əslində iki zaman müddətində özünü reallaşdırma bilmədi.
Birinci müddət - hələ Ukrayna prezidenti Kuçmanın rəhbərlik etdiyi dövrdür. Bu layihə, təəssüf ki, ən çox MDB sxemi üzrə inkişaf edib. Yəni daha çox formal şəkildə inkişaf edib və orada real əlaqələr kifayət qədər az əldə olunub. Halbuki, faktiki olaraq, GUAM çərçivəsində qarşılıqlı əlaqələrin bu neft kəməri üçün yaxşı nəticə verəcəyini nəzərə alaraq, GUAM layihəsi altında Odessa-Brodı neft kəməri üzrə işlər gedirdi, lakin o vaxt ölkələr arasında qəti və dəqiq razılaşma əldə olunmamışdı.
Son ilyarım ərzində GUAM -ın yalnız müəyyən demokratik orqan formasında ya MDB-nin, ya da Rusiyanın müəyyən müqavimətinə çevrilməsinə səy göstərilir. Kiyevdə keçirilən sammitə gəldikdə, o, keçirilənədək Özbəkistan təşkilatın üzvlüyündən imtina edib və birbaşa sammitdə Azərbaycan çox ciddi düzəlişlər etməli və yenə də bu birliyin siyasi deyil, iqtisadi tərkib hissəsinə təkid etməli idi. Bax bu, GUAM-ın siyasiləşdirilməsi cəhdidir, o, bu təşkilata daha çox ziyan verdi.

- Əgər mümkünsə, qısa olaraq Ukrayna-Azərbaycan əməkdaşlığına dair öz fikrinizi söyləyərdiniz.

- GUAM çərçivəsində və ya bu təşkilatdan kənarda Ukrayna və Azərbaycan arasında ikitərəfli əlaqələrə gəldikdə, təəssüf ki, bizim əməkdaşlıq edə biləcəyimiz başlıca variant hələ reallaşdırılmayıb. Halbuki perspektivlər var və bu, Xəzər neftinin qərbi Avropa ölkələrinə nəql olunmasıdır. Ukrayna burada tranzit dövlət, həm də ən yaxşı, ən rahat və ən ucuz tranzit yolu qismində çıxış edir. Təəssüf ki, üçüncü tərəflər müdaxilə etdi və onlar vəziyyəti elə bir həddə çatdırdılar ki, əsas və başlıca neft kəməri Ukraynadan deyil, Türkiyədən keçən kəmər oldu. Bunun Ukrayna üçün də səmərəli olması birmənalıdır, lakin bu, Azərbaycan üçün də səmərəli olardı. Burada siyasət və beynəlxalq siyasət iqtisadiyyatdan daha mühüm rol oynadı.
İndi, neftin işlənməsi davam edən zaman böyük "Xəzər neftinin" yaranmasına ümid yaranır və hər halda bu Xəzər-Avropa neft nəqletmə yolu işə salınacaq. Bu, Ukrayna və Azərbaycanın artıq daha real və praqmatik münasibətlərinin qurulmağa başlayacağı bənd olacaq.
Biz dostluq haqqında çox danışırıq və bizim aramızda həqiqətən də mehriban və çox isti münasibətlər var. Onlar hazırdır, lakin biz əməkdaşlığın güclü iqtisadi aktları nəticəsində hər iki ölkənin büdcəsinə dəqiq şəkildə milyardlarla vəsaiti ödəyə biləcəyimiz vaxt bütün bunlar iki xalq üçün nəticə verəcək. Ona görə də bu yalnız mənim fikrim deyil, mən bilirəm ki, o, hökümətin iqtisadi blokunda ciddi şəkildə nəzərdən keçirilir və bu, həm fraksiyada, həm də partiyada deyilir, yaxın vaxtda praqmatik danışıqların bərpa olunacağına, yəni GUAM-ın məhz iqtisadi müstəviyə qaytarılacağına səy göstəriləcəyinə ümid var. İki ölkənin liderləri, hökümət məmurları və müəssisə sahibləri arasında fərdi əlaqə Azərbaycan və Ukrayna arasındakı əməkdaşlığa yeni təkan verəcək. Biz mümkün əməkdaşlıq potensialının yalnız bir neçə faizindən istifadə etmişik.
Lakin bizim səmərəli əməkdaşlıq edə biləcəyimiz digər istiqamətlər də var. Məsələn, Ukraynada edilən texnoloji tədqiqatlar Azərbaycan üçün də faydalı ola bilər. Biz ümid edirik, bu da həyata keçiriləcək.

- Prezident Viktor Yuşenko bildirib ki, Xəzər neftinin Ukraynadan tranziti 2010-cu ildən tez mümkün deyil. Siz bu məsələyə dair nə düşünürsünüz?

- Həqiqətən də Ukraynadan çox az asılı olan iqtisadi vəziyyətlər böyük əhəmiyyət kəsb edəcək. Bu, Xəzərdə yeni güclü neft "meydanları"nın işlənməsinin mümkün olacağı dövrdür. Bu, Azərbaycana, Özbəkistana, Qazaxıstana qarşı ciddi sualdır, çünki çox ciddi işlərə hazırlıq görülür.
Ümid var ki, nəticə kimi biz Ukraynadan keçə biləcək ilk nefti daha tez alacağıq, çünki hər şey hazırdır. Və terminallar həm bu, həm də digər tərəfdə hazırdır və hər şey işləyə bilər. Daha tez müddətə ümid var.
Lakin bir daha deyirəm ki, Ukrayna burada ancaq sərmayələrin cəlb olunması üçün müsbət iqlim yarada bilər. O cümlədən, həmin yolun Ukraynada bitməməsi, onun Polşaya, Qdanska qədər davam etməsi üçün bizim qərb tərəfdaşlarımızı "hərəkətə gətirə" bilər. Belə olan halda nəticə daha tez hiss olunacaq. Avropada neft kəməri inşa edilməyənədək, biz yalnız kiçik neft həcmlərindən və onun sonradan dəmir yolu nəqliyyatı ilə nəqli və ya Ukrayna neft emalı zavodlarında emalı haqqında danışa bilərik. Lakin hər halda hələ 2008-ci ildə müsbət nəticə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti