...

Heydər Əliyev fondu "Gülüstan"da uşaqlar üçün yeni il şənliyi təşkil edib

Siyasət Materials 29 Dekabr 2006 20:56 (UTC +04:00)

Dekabrın 28-də Heydər Əliyev fondu "Gülüstan" sarayında Bakının orta məktəblərində təhsil alan, təhsildə xüsusi fərqlənən və uşaq evlərində tərbiyə alan, internat məktəblərindən olan, qaçqın və məcburi köçkün, valideyn himayəsindən məhrum uşaqlar üçün yeni il şənliyi təşkil edib. Bu barədə Trend xəbər verir.

Əvvəl mərhum prezident Heydər Əliyev barədə film nümayiş olunub. Uşaq evlərinə, internat məktəblərinə həsr olunmuş sənədli filmin sonunda Heydər Əliyev Fondunun prezidenti, Yuneskonun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaqlara ünvanlanmış bayram təbriki səslənib. Bayram şənliyində maraqlı müsabiqələr təşkil olunub. Qaliblərə Fondun hədiyyələri və mükafatları təqdim olunub. Şənliyin sonunda bütün iştirakçılara Heydər Əliyev Fondunun emblemi ilə hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti