...

Azərbaycan və İran teleradioyayım avadanlığının birgə istehsalına başlaya bilərlər

Siyasət Materials 3 Fevral 2007 14:24 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İranın teleradioyayım şirkətinin sədri İzətulla Zarqaminin başçılığı ilə şirkətin nümayəndə heyətinin səfərinin yekun protokolu imzalanıb. Bu barədə Trend xəbər verir.

Sənədi Azərbaycanın rabitə naziri Əli Abbasov və İzətulla Zarqami imzalayıb. İranın nümayəndə heyətinin Bakı səfərinin yekunlarına görə, tərəflər teleradioyayım və bu sahədə yanaşı gedən problemlərin nizamlanması sahəsində əməkdaşlığın dərinləşdirilməsi qərarına gəliblər.

İran nümayəndə heyətinin Azərbaycan səfərinin yekunları üzrə tərəflər, o cümlədən, qərara alıblar:

- teleradioyayımın koordinasiyasının nizamlanması və müvafiq təkliflərin hazırlanması üçün birgə işçi qrupu yaratmaq,

- ölkələr arasında teleradioyayım üzrə koordinasiya zonasını müəyyən etmək,

- teleradioyayım üzrə qəbul olunmuş koordinasiya zonası çərçivəsində yayım stansiyalarının texniki parametrlərinin mübadiləsini həyata keçirmək, göstəriciləri ITU ilə razılaşdırmaq,

- iki ölkənin milli peyk şəbəkələrinin yaradılması və koordinasiyası sahəsində münasibətləri nizamlamaq,

- teleradioyayımın yeni texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaq, seminar və treninqlər təşkil etmək, tələbə və müəllimlərin biliklərindən qarşılıqlı istifadə üçün şərait yaratmaq,

-teleradioyayım avadanlığının istehsalına başlamaq və satın almaları həyata keçirmək.

Xəbər lenti

Xəbər lenti