...

Almaniyanın dövlət naziri Gyunter Qlosser : Avropa qonşuluq siyasətinin fəaliyyət planı AB və Azərbaycan arasında münasibətlərə ən yaxşı nümunədir

Siyasət Materials 23 Fevral 2007 15:32 (UTC +04:00)
Almaniyanın     dövlət     naziri     Gyunter     Qlosser  :   Avropa     qonşuluq     siyasətinin     fəaliyyət     planı     AB     və     Azərbaycan     arasında     münasibətlərə     ən     yaxşı     nümunədir

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova / Trend in Almaniyanın Avropa Birliyilə iş üzrə dövlət naziri Gyunter Qlosserlə eksklüziv müsahibəsi

- Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa necə önəm verir? Bu əməkdaşlıq hansı amilləri inkişaf etdirir və genişləndirir, hansı amillər maneəçilik törədir?

- Avropa Birliyi və əsasən də Almaniya prezidenti üçün Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Almaniya hər vasitə ilə üç Qafqaz dövlətinin Avropa qonşuluq siyasətinə qoşulmağı dəstəkləyir. Avropada yeni parçalanma xəttlərindən qaçmaq və Birliyin yeni sərhədləri çərçivsəində sabitlik və firəvanlığın inkişaf etdirilməsi üçün Avropa Birliyi (AB) Azərbaycan da daxil olmaqla, hər dövlət üçün fərdi fəaliyyət planı yaratmaq yolu ilə Avropa qonşuluq siyasətinin reallaşdırılmasına təkid edir.

Fəaliyyət planının qəbul olunması ilə son illər ərzində region dövlətləri arasında münasibətlər yeni səviyyəyə çatıb. Azərbaycan üzrə fəaliyyət proqramı beş illik dövrü əhatə edir və iqtisadi, siyasi əməkdaşlıq üçün geniş vasitədir, bu da əməkdaşlıq və partnyorluq haqqında Sazişdə göstərilmiş məqsəd və vəzifələrin yerinə yetirilməsi mərhələsinə gətirib çıxarır.

Fəaliyyət planının inkişafı - Azərbaycan qanunvericilik, norma və standartlarının Avropaya gözəçarpan yaxınlaşmasıdır. 1991-ci ildən 2006-cı ilə qədər Azərbaycan Avropadan 400 milyon avro məbləğində texniki yardım alıb. Əməkdaşlığın gələcək dərinləşdirilməsi ölkədəki siyasi, iqtisadi sahədəki islahatlar prosesindən, həmçinin fəaliyyət Planının tətbiq olunmasıının sürətindən asılı olacaq. AB bu prosesi dəstəkləməyə hazırdır.

-Azərbaycan prezidentinin Berlinə səfəri nə qədər uğurlu keçib? Səfər çərçivəsində hansı məsələlər müzakirə olunub?

Berlinə səfəri çərçivəsində prezident İlham Əliyev alman Bundestaqının prezidenti, baş nazir Rinqstorf və kansler Merkellə, həmçinin xarici işlər naziri Ştaynmayerlə, iqtisadiyyat naziri Qloss və Berlin burqomistrı Voveraytla görüşüb. Fevralın 16-da prezident Əliyev Almaniya-Azərbaycan iqtisadi konfransını açıb. İkitərəfli görüşdə siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi, həmçinin AB və Azərbaycan arasında münasibətlər və digər beynəlxalq əhəmiyyətli məsələlər əsas diqqət mərkəzində olub.

- AB rəhbəri kimi siz, hansı əsas vəzifələri yerinə yetirmək istəyirsiniz? AB sərçivəsində islahatların aparılmasına ehtiyac varmı?

-Almaniya, rəhbərliyi dövründə AB-nin istənilən daxili və xarici sınaqlara müqavimət göstərməyə qadir olduğuna əmin olmaq üçün öz tərəfindən əlindən gələni edəcək. Bura həmçinin bütün konstitusion proseslər, Avropanın sosial və iqtisadi modellərinin dözümlülüyü, azadlıq, təhlükəsizlik, ədalət sahəsində, həmçinin təhlükəsizlik və sabitlik üzrə fəaliyyət dairəsini genişləndirmək aiddir. AB-nin görüşləri Avropanın iqtisadi və sosial gələcəyinin müəyyənləşdirilməsi (8-9 mart) və Avropa konstitusiyasının gələcəyinə yönələcək (21-22 iyun). Avropanın vahid konstitusiyası AB-nin dözümlüyünün təminatı üçün ehtyac olan daxili islahatlara çağırır. Hazırda Almaniya rəhbərliyi Avropa səviyyəsində AB islahatları prosesi istiqamətində konkret fəaliyyətin aparılması üçün AB partnyorları və müvafiq institutlarla məsləhətləşmələr aparır.

- Energetika sahəsi Avropa təhlükəsizlik və xarici siyasətin əsas hissəsi, sabitlik və inteqrasiyanın əsas elementi olaraq qalır. Bu faktor Azərbaycan və AB-ni necə yaxınlaşdıra bilər?

- Energetika, əsasən, 1999-cu ildə əməkdaşlıq və partnyorluq haqqında Saziş qüvvəyə minəndən sonra AB və Azərbaycan arasında dialoqda əsas məsələdir. Həmin vaxtdan etibarən Azərbaycan Avropanın enerji təchizatçısı və tranzit ölkəsi olaraq kifayət qədər əsas rol oynayır. Energetik partnyorluq haqqında prezident Əliyev və Avropa Komissiyasının prezidenti Barozo arasında 7 noyabr 2007-ci il tarixində imzalanmış qarşılıqlı anlaşma memorandum onun əhəmiyyətini artırır. Texniki əməkdaşlıq, Azərbaycan qanunlarının tədricən AB qanunvericiliyinə uyğunluğu və bərpa olunan enerji resurslarının inkişafına dəstək kimi xüsusi tədbirlər müzakirə olunub. Bütün bunlar Azərbaycan və AB arasında əlbəttə ki, iki tərəfə xeyir gətirməklə, enengetika sahəsində sıx əməkdaşlığı inkişaf etdirəcək. Bu tip münasibətlər geniş kontekstə malikdir.

Avropa qonşuluq siyasəti ilə birgə, həmçinin sonralar "Bakı təşəbbüsü" adını almış, 2004-cü ilin noyabrında Bakıda nazirlərin konfransında müzakirə edilmiş, energetika dialoqunun yüksək səviyyəsi barədə də fikirləşirəm.

-Avropa Birliyilə iş üzrə Almaniyanın dövlət naziri olaraq Azərbaycanla cari ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz? Gələcək əməkdaşlığın hansı istiqamətlərini daha uyğun hesab edirsiniz?

- Azərbaycanla münasibətlərimiz çox sıx və dinamikdir. İkitərəfli ticarət 2006-cı ildə 40%-dək artıb və ilk dəfə olaraq 1 milyard avronu keçib. Prezident Əliyevin bu günlərdəki Berlinə səfəri və xarici işlər naziri Ştaynmayerin Bakıya səfəri ikitərəfli münasibətlərin çox yaxşı səviyyəsini sübut edir.

Avropa qonşuluq siyasətinin fəaliyyət planı AB və Azərbaycan arasında münasibətlərə ən yaxşı nümunədir. AB prezidenti kimi Almaniya, qonşuluq siyasətinin gücləndirilməsini davam etdirmək və Azərbaycan da daxil olmaqla, Qara dəniz ölkələri ilə əməkdaşlığı genişləndirmək arzusundadır.

-Cənubi Qafqazdakı münaqişələr hansı yolla həll oluna bilər? Azərbaycanın Avropanın energetika təhlükəsizliyinin təminatçısı olduğu bir halda, AB Ermənistanın Azərbaycana qarşı təcavüzünə yalnız passiv müşahidəçi qismində olaraq qalacaq?

- Almaniya və AB Azərbaycan-Ermənistan münasibətlərinin inkişafını çox yaxından müşahidə edir. ATƏT-in Minsk qrupunun üzvü kimi Almaniya, Azərbacan və Ermənistan arasında danışıqları dəstəkləyir. Almaniya qəti olaraq əmindir ki, yalnız ümumi cəhdlərlə işlənmiş açıq ikitərəfli əməkdaşlıq qətnaməsi Cənubi Qafqazda sabitlik və sülhü təmin edə bilər.

Biz, iki dövləti ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri əsasında razılığa gəlməyə çağırırıq.

Xəbər lenti

Xəbər lenti