...

Milli Məclisdə Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı dinləmələr başlayıb

Siyasət Materials 26 Fevral 2007 14:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Əlizadə/Milli Məclisdə Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı dinləmələr başlayıb. Milli Məclisin sədri Oqtay Əsədov dinləmələri açıq elan edərək bildirib ki, Xocalı soyqırımı əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş faciələr arasında ən dəhşətlisidir.

"Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə və insanlığa qarşı törədilmiş bir cinayətdir. Bu faciə xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Biz əminik ki, Xocalı soyqırımını törədənlər gec-tez öz layiqli cəzalarını alacaqlar", deyə spiker vurğulayıb.

Sonra Milli Məclisin Televiziya Mərkəzinin hazırladığı film nümayiş etdirilib.

Dinləmələr Milli Məclis sədrinin müavini, Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı yaradılan komissiyanın sədri Bahar Muradovanın çıxışı ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti