...

İsrail Xarici İşlər Nazirliyi və baş naziri qondarama "erməni soyqırımı" ilə bağlı parlament dinləmələrinin dərhal dayandırılmasını tələb edir

Siyasət Materials 14 Mart 2007 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir İ.Əlizadə/ İsrail Xarici İşlər Nazirliyi ərəbyönlü radikal müxalifət partiyası olan "Meres" Partiyasının təşəbbüsü ilə qondarama "erməni soyqırımı" ilə bağlı ölkə parlamentində dinləmələrin keçirilməsinə etiraz edir. Bu barədə Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov məlumat verib. Onun sözlərinə görə, İsrail XİN məsələ ilə bağlı etiraz bəyanatı yayıb və dinləmələrin dərhal dayandırılmasını tələb edib. Xarici İşlər Nazirliyi məsələi ilə bağlı İsrail Knessetinə müraciət edib: "Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, qondarma "erməni soyqırımı" ilə bağlı aparılacaq dinləmələr İsrailin ən yaxın müttəfiqlərindən biri olan Türkiyə ilə münasibətlərə zərbə vuracaq. Artıq İsrailin baş naziri Exut Olmert də məsələyə etirazını bildirib. Bu müzakirələrin heç bir nəticəsi olmayacaq."

Xəbər lenti

Xəbər lenti