...

Azərbaycan NATO-da qanunsuz silahların yığılması məsələsini qaldıracaq

Siyasət Materials 29 Mart 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının yaz sessiyasının gündəliyinin müəyyənləşdirilməsi məsələsində fikir ayrılığı yaranıb. Bu barədə Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, hazırda yaranmış fikir ayrılığının aradan qaldırılması üçün danışıqlar aparılır və gündəlik yaxın günlərdə məlum olacaq.

Onun sözlərinə görə, bu gün gündəmdə olan əsas məsələlər İran, İraq və Əfqanıstanla bağlıdır.

S.Novruzov deyib ki, NATO PA-nın yaz sessiyası may ayının axırında İspaniyada keçiriləcək. Millət vəkili bildirib ki, Azərbaycanın NATO PA-dakı nümayəndə heyəti sessiyada qanunsuz silahların yığılması məsələsini qaldıracaq: "Bu məsələ Azərbaycanı narahat edir. Çünki Gürcüstandan çıxarılan Rusiya ordusuna məxsus silahlar Ermənistana daşınıb və nəzarətsiz ərazilərdə toplanıb. Bu isə təkcə Azərbaycan və Cənubi Qafqaz üçün deyil, bütün Avropa üçün təhlükə mənbəyidir. Bu silahlar Avropanın alternativ enerji mənbəyi olan Bakı-Tbilisi-Ceyhan üçün təhlükə törədir."

Xəbər lenti

Xəbər lenti