...

Azərbaycan prezidenti Qırğızıstanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 29 Mart 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev martın 29-da Qırğızıstanın müdafiə naziri İsmail İsakovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Azərbaycan-Qırğızıstan münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin genişlənməsi zərurətini bildirib, Qırğızıstanın müdafiə nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin, o cümlədən müdafiə sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Qırğızıstanın müdafiə naziri İlham Əliyevə Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin salamlarını çatdırıb, Azərbaycana səfəri zamanı ölkələrimizin müdafiə nazirlikləri arasında əlaqələrin perspektivlərinin müzakirə edildiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti