...

Avropa Şurasının xüsusi nümayəndəsi: "Cəmiyyətdə açıq və konstruktiv dialoq olmalıdır"

Siyasət Materials 23 Aprel 2007 13:27 (UTC +04:00)
Avropa Şurasının xüsusi nümayəndəsi: "Cəmiyyətdə açıq və konstruktiv dialoq olmalıdır"

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia bazar ertəsi Bakıda bəyan edib ki, cəmiyyətdə açıq və konstruktiv dialoq olmalıdır.

"Hər kəs bərabər olduğu halda - niyə hər kəs fərqlidir" kampaniyasının başlamasının təqdimatında Avropa Şurasının nümayəndəsi qeyd edib ki, diskriminasiya bütün cəmiyyətlərdə var. "Əgər cəmiyyət demokratik olmaq istəyirsə, bütün təbəqələrin maraqlarını nəzərə almaq lazımdır" - deyə o, bildirib.

O, cəmiyyətdə bərabərliyin yeganə həlli kimi yalnız eyni cür düşünən insanlar arasında deyil, həmçinin hakimiyyətlə də dialoqun aparılmasını göstərib. Bribosia dialoqu yaxşı dərk etmə vasitəsi adlandırıb.

Kampaniyaya əsasən, Azərbaycan gənclərinin nümayəndələri Gəncədən Bakıya avtobusla səfər edərək yerli icmalarla, əsasən də ölkənin dörd rayonunda cəmiyyətdən təcrid olunmuş insanlarla görüşlər təşkil edir.

Xəbər lenti

Xəbər lenti