...

Səfir: "Azərbaycan prezidentinin Krakova səfəri hazırlanır"

Siyasət Materials 1 May 2007 12:52 (UTC +04:00)
Səfir: "Azərbaycan prezidentinin Krakova səfəri hazırlanır"

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın Polşadakı səfirliyi 12-13 may tarixdə Azərbaycan prezidentinin energetik sammitdə iştirak etmək üçün bu ölkəyə səfəri ilə bağlı hazırlıq işlərinə başlayıb. Bu barədə çərşənbə axşamı telefon vasitəsilə Varşavadan Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib. Səfər Polşa prezidenti Lex Kaçinskinin dəvəti ilə həyata keçirilir. "Polşa prezidentinin təşəbbüsü ilə Krakovda Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Polşa prezidentlərinin iştirak edəcəyi energetika sammiti keçiriləcək. Litva prezidentinin də sammitə qatılması gözlənilir" - deyə səfir qeyd edib.

"Sammitin əsas mövzusu energetika sahəsində əməkdaşlıq məsələsi olacaq. Polşa dəfələrlə enerji daşıyıcılarının diversifikasiyasında marağını bildirib və bu sahədə Azərbaycanla əməkdaşlığa böyük önəm verir" - deyə səfir vurğulayıb.

"Sammitdə iştirak çərçivəsində prezident Əliyev həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək" - deyə səfir məlumat verib.

Xəbər lenti

Xəbər lenti