...

Azərbaycanın müxalifət partiyası prezident seçkilərində öz namizədi ilə iştirak etməyi planlaşdırır

Siyasət Materials 14 May 2007 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməsi barədə partiyanın qurultayında qərar çıxarılacaq. Bu barədə VHP-nin sədri Sabir Rüstəmxanlı bazar ertəsi açıqlama verib.

Onun sözlərinə görə, VHP-nin növbəti qurultayı oktyabr ayında keçiriləcək. Qurultayda Azərbaycandakı ictimai-siyasi durum, qarşıdan gələn prezident seçkiləri müzakirə olunacaq, partiyanın Nizamnaməsinə dəyişikliklər ediləcək, VHP-nin rəhbər strukturlarına, sədrliyə seçkilər keçiriləcək.

Rüstəmxanlının sözlərinə görə, qurultay VHP-nin prezident seçkilərində öz namizədi ilə iştirak etməsinə dair qərar çıxara bilər: "Bu qərarı partiyanın Ali Məclisi, Siyasi Şurası da verə bilər. Amma qurultay gələnilki seçkiləri müzakirə edəcək. Vətəndaş Həmrəyliyi Partiyası istənilən halda prezident seçkisində iştirak edəcək. Amma öz namizədinin olub-olmayacağına hələ qərar verilməyib" - deyə VHP sədri bildirib.

Qeyd edək ki, VHP sədri, millət vəkili Rüstəmxanlı 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Rəsmi məlumatlara əsasən, o, həmin seçkidə topladığı səslərin faizinə görə namizədlər arasında beşinci yerdə olub.

Xəbər lenti

Xəbər lenti