...

Azərbaycan prezidenti "Hess" şirkətinin rəhbərini qəbul edib

Siyasət Materials 16 May 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Hess" korporasiyasının idarə heyətinin sədri və baş icraçı rəhbəri Con Hessin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Con Hess rəhbərlik etdiyi şirkətin Azərbaycanda fəaliyyət göstərməsindən məmnunluq duyduğunu bildirib, korporasiyanın gələcəkdə Azərbaycanda görəcəyi işlər barədə prezidentə məlumat verib.

Azərbaycan prezidenti Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün olduqca əlverişli şərait yaradıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti