...

Uşaq Parlamentinin təqdimat mərasimi keçirilib

Siyasət Materials 1 İyun 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Cümə günü Milli Məclisdə Azərbaycanın Uşaq Parlamentinin təqdimat mərasimi keçirilib. İclası Milli Məclisin sədr müavini Bahar Muradova açıb.

Muradova qeyd edib ki, 1 iyun dunyada uşaq hüquqlarının müdafiə günü kimi qeyd olunur. Bir çox ölkələrdə məhsul vəzifələr 1 günlük uşaqlara təhvil verilir. Vitse-spiker vurğulayıb ki , Azərbaycan 1989-cu ildə BMT-nin uşaq hüquqlarının müdafiəsi Konvensiyasına qoşulub.

Muradovanın sözlərinə görə, Uşaq Parlamenti dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir. Azərbaycanda Uşaq Parlamentinin Milli Məclis, Təhsil Nazirliyi, Unisef və Lider Qadınlar İctimayi Birliyi arasında ötən ilin aprelində imzalanmış Memorandum əsasında yaradıldığını vurğulayan vitse-spiker bildirib ki, kiçik parlamentarilər 83 inzibati rayondan seçiliblər. Mayın 30-31-də isə Uşaq Parlamentinin rəhbər strukturları formalaşdırılıb, 8 komissiya yaradılıb. O deyib ki, Uşaq Parlamentində uşaqları narahat edən məsələlərin müzakirəsinə şərait yaradılacaq. Bundan sonra Uşaq Parlamentinin sədri və sədr müavini seçilib. Taleh Əliyev - sədr və Fəridə Əliyevə - sədr müavini seçiliblər. Onlar Milli Məclis sədarətində öz yerlərini tutublar. Bundan sonra iclas başlayıb.

Uşaq Parlamentinin iclasında millət vəkilləri, nazirlər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndiklərinin rəhbərləri və xarici diplomatlar iştirak edirlər. İclas davam edir.

Xəbər lenti

Xəbər lenti