...

Azərbaycan Demokrat Partiyasının sədri: "Prezident seçkiləri ilə bağlı müxalifət partiyalarının bir neçə bloku yaranacaq"

Siyasət Materials 6 İyun 2007 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı müxalifət partiyalarının təmsil olunacağı bir neçə blok yaranacaq. Bu barədə çərşənbə günü Trend ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, müxalifətin bloklaşması əsasən prezidentliyə namizədliyin verilməsi ilə bağlı olacaq.

Cəlaloğlu bildirib ki, hazırda Azərbaycan müxalifəti həddən artıq dağınıqdır və müxalifət qüvvələri bir neçə cəbhəyə bölünüb. ADP sədri hesab edir ki, seçki öncəsi müxalifət partiyalarının bloklarda toplanması qaçılmaz olacaq.

Müxalifətyönlü, sağ mərkəzçi partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. ADP-nin keçmiş sədri Rəsul Quliyevin tərəfdarları partiyanı tərk edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti