...

Azərbaycan prezidenti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib (video)

Siyasət Materials 2 İyul 2007 13:19 (UTC +04:00)
Azərbaycan prezidenti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan prezidenti İlham Əliyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti ilə görüşdükdən sonra dövlət başçısı binanın qırmızı lentini kəsib.

Daha sonra binanın otaqlarını gəzən Azərbaycan prezidentinə tikinti və binaya quraşdırılan yeni texnika barədə məlumat verilib.

Binada Bakının küçə və prospektlərində quraşdırılan kameralar vasitəsilə çəkilişlərin vahid idarəedilməsi üçün ayrıca televiziyalar da quraşdırılıb. Bu vahid idarəetmə üsulu ilə Bakıda yol hərəkəti qaydalarını pozan sürücülər dərhal müəyyənləşdiriləcək və inzibati məsuliyyətə cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti