...

Bərdəyə elektrik enerjisinin verilməsi dayandırılıb

Siyasət Materials 4 İyul 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda hava şəraitinin kəskin pisləşməsi, şiddətli küləyin əsməsi nəticəsində iyulun 4-nə keçən gecə saat 00 :04-dən rayona elektrik enerjisinin verilişi dayandırılıb. Bərdə rayon Paylayıcı Elektrik Şəbəkəsindən Trend in bölgə müxbirinə verilən məlumata görə, ötən gecə pis hava şəraiti ilə əlaqədar yüksək gərginlikli iki elektrik xəttini külək qırıb. Hazırda elektrik xətlərində təmir və bərpa işləri aparılır. Günün ikinci yarısı Bərdə rayonu elektrik enerjisi ilə təmin olunacaq.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti