...

Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması üçün müzakirələrin növbəti mərhələsi başlanır

Siyasət Materials 23 Avqust 2007 15:07 (UTC +04:00)
Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması üçün müzakirələrin növbəti mərhələsi başlanır

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Türkdilli dövlətlərin Parlament Assambleyasının (TDPA) yaradılması üçün sentyabrdan müzakirələrin növbəti mərhələsi başlanılacaq və ilk öncə ilin sonuna qədər türk dövlətləri parlamentlərinin dostluq qrupları rəhbərlərinin Bakıda müşavirəsinin keçirilməsi nəzərə alınıb. Bu barədə cümə axşamı Trend ə açıqlamasındaTürkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov məlumat verib.

"Türk dövlətləri Parlament Assambleyasının yaradılması üçün konkret işlərin görülməsi üçün türkdilli ölkələrin rəsmilərinin razılığı əldə olunub" - deyə Cəfərov bildirib.

TDPA-ya Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan ölkələrinin parlament nümayəndələri üzv olacaq. Yeni regional təşkilatın yaradılmasında məqsəd türk dünyasının qanunvericilik sahəsində əlaqələrini genişləndirmək, türk dünyası üçün qanunvericilik mübadilələrini təmin etmək, ortaq dilin, vahid əlifbanın yaradılması, gediş-gəlişin sadələşdirilməsi, ümumtürk məkanının yaradılması və türk dövlətlərinə olan müdaxilənin qarşısını almaqdır.

TDPA-nın yaradılması təşəbbüsü ilə Azərbaycan parlamenti çıxış edib. İki ilə yaxındır ki, bu məsələ türkdilli ölkələrin parlamentləri arasında müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti