...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri BMT Baş Assambleyasında dondurulmuş münaqişələr məsələsi ilə bağlı əməkdaşlıq etməyi razılaşdıracaqlar

Siyasət Materials 27 Avqust 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov və Gela Bejuaşvili sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutacaq 62-ci sessiyası çərçivəsində dondurulmuş münaqişələr məsələsi ilə bağlı gələcək məsləhətləşmələr məqsədilə əmkdaşlıq etməyi razılaşdıracaqlar. Bu barədə bazar ertəsi keçirilən brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

Azərbaycan və Gürcüstan XİN rəhbərləri bazar ertəsi avqustun 27-də Batumidə Məmmədyarovun Acarıstana işgüzar səfəri çərçivəsində görüşəcəklər.

İbraminin sözlərinə görə, Azərbaycan XİN rəhbəri artıq Batumi neft terminalına baş çəkib, Acarıstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb. Mətbuat katibinin verdiyi məlumata görə, Bejuaşvili ilə günün ikinci yarısına planlaşdırılmış görüş qeyri-rəsmi xarakter daşıyır. Onun sözlərinə görə, XİN rəhbərləri ikitərəfli əməkdaşlıq, energetik əlaqələri və GÜAM çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

XİN-in mətbuat katibinin sözlərinə görə, Batumidə Azərbaycan konsulluğunun açılması məsələsi danışıqların gündəliyinə daxil edilməyib, lakin görüş qeyri-rəsmi xarakter daşıdığından nazirlər bu və ya digər məsələyə baxılmasında müstəqildirlər.

Xəbər lenti

Xəbər lenti