...

Roya və Rafetin konserti oldu

Cəmiyyət Materials 20 Sentyabr 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /müx. TrendLife Vüqar Vüqarlı/

Dünən Yaşıl teatrda növbəti anşlaq oldu. Belə ki, türk müğənnisi Rafet El Roman konsert proqramı ilə paytaxt musiqisevərlərini sevindirdi. Lakin o, bu dəfə tək deyil, yerli müğənnimiz Roya Nəcəfova ilə birlikdə oxudu. Maraqlıdır, görəsən konsertə baxmağa gələnlər Roya yoxsa, Rafet üçün gəlmişdilər? Sadəcə, Rafet o qədər tez-tez bura gəlir ki, yenilik yox idi. Roya isə, əksinə... O, öz üzərində işləməyi unutmur. Son vaxtlar Roya da "ulduz xəstəliyinə" tutulub. Müğənni özü də bunu etiraf edir. Buna baxmayaraq, o, hər zamankı kimi tələb olunan müğənnilərdən sayılır. Dünən Roya xanım konsert zamanı belə bir açıqlama etdi: "Hər kəs söyləyir ki, biz bir millət, iki dövlətik. Bu heç də belə deyil! Biz müxtəlif millətlərik, müxtəlif dildə danışırıq!"

İnanın ki, müğənninin bu sözündən sonra tamaşaçılar onu elə alqışladılar ki, səs-küydən qulaq batırdı.( Müəllifdən): " Ümumiyyətlə, bir söz deyim biz türk mahnılarını çox səlist, sərbəst ifa edirik. Onlar isə bizim mahnıları ifa edəndə qol-qanadını sındırırlar."

O ki, qaldı müğənni Rafetə sizə bir sirr də açım. Konsertə bir saat qalmış o, Röyanın kim olduğunu bilmirdi. Hətta onunla oxuyacağından xəbəri yox idi.

Xəbər lenti

Xəbər lenti