...

Gəncədə narkoman və alkoqol aludəçilərinin sayı artıb

Cəmiyyət Materials 2 Oktyabr 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncədə narkotik maddə istifadəçiləri və alkoqol aludəçilərınin sayı artıb, şəhər Narkoloji Dispanserin baş həkimi Sahil İsmayılov bildirib. Onun sözlərinə görə, Gəncədə 372 narkoman, 993 alkoqol içki aludəçisi var. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

"Bu ilin yanvar-sentyabr aylarında Gəncə şəhər Narkoloji Dispanserində 32 narkoman xəstə qeydiyyata düşüb, 8-i isə qeydiyyatdan çıxarılıb"- İsmayılov deyib.

Ötən ilin müvafiq dövründə dispanserdə 25 narkoman xəstə qeydiyyata alınıb, 4-ü isə çıxarılıb. Alkoqol xəstələrinin sayı ötən il 976 olub.

İsmayılovun sözlərinə görə, xəstələr, əsasən ,25-40 yaş arasındadırlar. Baş həkim bildirib ki, mövcud olan narkomanlar qeydiyyata alınan narkomanlardan, ən azı, iki dəfə çoxdur. "Cəmiyyətdə belə xəstələrə qarşı təssəvvürlər mənfi olduğundan, belə şəxslərdə təcrid olunma qorxusu yaranır. Sonralar onların vəziyyəti ağırlaşanda, bunu həkimlərə, hətta yaxınlarına bələ ,deməyə çəkinirlər. Bu kimi səbəblər onları müayinədən çəkindirir"-- baş həkim əlavə edib.

Xəbər lenti

Xəbər lenti