...

"Trend Kuboku" gəncləri intellektual yarışmaya dəvət edir

Cəmiyyət Materials 15 Noyabr 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /müx. TrendLife Vüqar İmanov/

2007-ci il dekabın 23-də Trend İnformasiya Agentliyi və "Xəzər İntellektual Gənclər Klubu" "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Trend Kuboku" adlı turnir təşkil edəcəklər. Turnirin təşkilində əsas məqsəd müasir dövrdə sağlam düşüncəli və geniş dünyagörüşünə malik gənc nəslin formalaşmasına yardımçı olmaq, gənclər arasında həmrəyliyin təbliğ olunması, asudə vaxtın səmərəli təşkilinə və intellektual hərəkatın inkişafına dəstək olmaqdan ibarətdir.

Dekabr ayının 1-i və 8-də Bakının ali təhsil müəssisələrinin və iştirak etmək istəyən müstəqil komandaların iştirakı ilə seçim mərhələsi təşkil olunacaq və final mərhələsinə vəsiqə qazanan komandaların adı məlum olacaq. Seçim turunda iştirak etmək istəyən komandalar noyabr ayının 27-dən gec olmayaraq, müraciət etməlidirlər. Əlavə məlumatı "Xəzər İntellektual Gənclər Klubu"nun rəsmi veb səhifəsindən -- www.xazar.org -əldə edə bilərsiniz.

Turnirin təşkilati və informasiya məsələlərini Trend İnformasiya Agentliyi, intellektual hissəsini "Xəzər İntellektual Gənclər Klubu" təmin edəcək. "Xəzər İntellektual Gənclər Klubu"nu 2001-ci ildə Bakı Dövlət Universitetinin bir qrup tələbəsi yaradıb və az vaxtda çoxlu gənci öz ətrafında toplamağa nail olub. Digər intellektual klublardan fərqli olaraq, "Xəzər İntellektual Gənclər Klubu" oyunları ana dilimizdə keçirir. Bu təşkilat intellektual oyunlar tarixinə ilk azərbaycandilli intellektual klub kimi düşüb.

Xəbər lenti

Xəbər lenti