...

"AzərReyl" – in voleybolçuları Çempionlar Liqasının "B" qrupunda mövqelərini yaxşılaşdırıblar

Cəmiyyət Materials 5 Dekabr 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ "AzərReyl" qadın voleybol klubu Çempionlar Liqasının "B" qrupunda mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Öz meydanında "Fenerbahçe" - yə 3:2 hesabı ilə qalib gələn komanda, qrupda 3-cü yerdə qərar tutub və növbəti dövrəyə çıxmaq üçün real şanslara malikdir. Pley-off mərhələsinə qrupda ilk üç yeri tutan komandalar çıxacaq. Bundan əlavə, dəmiryolçular öz meydanında çətin mübarizədə Odintsovodan olan "Zareçya" - ya 2:3 hesabı ilə məğlub olan polşalı "Kaliçiya" - nı turnir protokolunda qabaqlayırlar. "AzərReyl" qrup mərhələsində növbəti oyununu gələn həftə, əvvəlki iki yarışı çərçivəsində qarşılaşdığı "Kaliçiya" ya qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti