...

Azərbaycan və Anqola fubol yığmalarının yoldaşlıq görüşü hələ sual altındadır

Cəmiyyət Materials 6 Dekabr 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/Azərbaycan və Anqola futbol yığmalarının dekabrda keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü sual altındadır. Trend in verdiyi xəbərə görə, Durbanda Mundialın püşkatması zamanı AFFA nümayəndələri Anqola yığması ilə danışıqlar aparıblar, lakin afrikalılar görüşün keçirilməsinin dəqiq vaxtını bildirməkdə çətinlik çəkirlər. Anqolalılar görüşün, onların təlim-məşq toplantısında olacaqları Portuqaliyada keçirməyi təklif edirlər. Lakin anqolalıların Pireneydəki hazırlıq məşqlərinin müddəti hələ məlum deyil. Milli çempionatın qış tətilinə getdiyini və klubların oyunçularını buraxdığını nəzərə alsaq, Azərbaycan yığmasına müəyyənlik lazımdır. Bu səbədən, komandanın yoldaşlıq görüşünü başqa rəqiblə oynayacağı istisna deyil.

Xəbər lenti

Xəbər lenti