...

Səudiyyə Ərəbistanında zəvvarlar üçün xüsusi dəmir yolu xətti istifadəyə verilib

Cəmiyyət Materials 10 Dekabr 2007 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Səudiyyə Ərəbistanı 5 milyon zəvvarın müqəddəs torpaqlara çatdırılması üçün 5 milyard 350 milyon dollara başa gələn yeni dəmir yolunun açılışını edib.

Səudiyyə Ərəbistanı Kənd Təsərrüfatı Nazirliyinin köməkçisi olan Həbib Zeyn əl-Abidinin " ArabNews "a verdiyi məlumata görə, layihənin gecikməməsi üçün Səudiyyə hökuməti bütün vasitələrdən istifadə edib. Dəmir yolunun Kral Abdullanın zəvvarlara kiçik bir hədiyyəsi olduğunu bildirən nazir köməkçisi, Məkkədə Mina, Ərəfat və Müzdəlifə bölgələrini birləşdirəcək dəmir yolununun inşasını da vurğulayıb.

Verilən açıqlamada Səudiyyə Ərəbistanı hökumətinin zəvvarlardan hər il 54 milyon dollar gəlir əldə etdiyi və zəvvarların təhvil verilən dəmir yolundan istifadə etmələri üçün adam başına 13,5 dollar verəcəkləri bildirilməkdədir,

Xəbər lenti

Xəbər lenti