...

"Şəfa" stadionunda növbəti hakim seminarı başlayıb

Cəmiyyət Materials 11 Dekabr 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ "Şəfa" stadionunda Azərbaycan çempionatının Ali və Birinci liqasının arbitrləri üçün növbəti hakim seminarları başlayıb. Assosiasiyadan Trend ə bildiriblər ki, kurslara məşhur rus hakimi, hazırda UEFA-nın inspektoru Nikolay Levnikov rəhbərlik edir. Qonağın Bakıya hazırki səfəri birinci deyil və o, əvvəllər də Azərbaycanın futbol Femidasının xidmətçiləri üçün mühazirələr oxuyub. Hazırki məşğələlərdə əsas diqqət yerli hakimlərin kvalifikasiyasının artırılması məqsədilə arbitrlərin işinin nəzəri və praktiki aspektinə veriləcək. Seminar AFFA-nın arbitrlərin Azərbaycan çempionatında və beynəlxalq arenada işlərinin yaxşılaşdırılmasına istiqamətlənən xüsusi proqramı çərçivəsində aparılır.

Xəbər lenti

Xəbər lenti