...

Həbsdə olan politoloqun cinayət işinin istintaqı başa çatıb

Cəmiyyət Materials 14 Dekabr 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin həbsdə olan direktorunun cinayət işinin istintaqı yekunlaşıb.

Bakı Şəhər İcra hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında Rövşən Novruzoğlu barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Novruzoğlu özünü baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olub. Onun barəsindəki cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

Mərkəzin direktoru, politoloq Novruzoğlunun vəkili Tofiq Allahverdiyev cümə günü Trend ə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs hazırda istintaq materialları ilə tanış olur. Vəkil bildirib ki, cinayət işi dekabrın 17-də baxılması üçün məhkəməyə veriləcək.

Cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə baxacaq.

Novruzoğluna Cinayət Məcəlləsinin hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma (320.1-ci ), bilə-bilə saxta sənədlərdən istifadə etmə (320.2-ci), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310-cu) maddələrilə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti