...

"Azərbaycanda jurnalistlərə qarşı hər hansı ciddi siyasi təzyiqlər yoxdur", millət vəkili

Cəmiyyət Materials 15 Dekabr 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ Azərbaycanda jurnalistlərə və mətbuata qarşı hər hansı ciddi siyasi təzyiqlər yoxdur. "Jurnalistlərin həbs olunması məsələsi əsasən şərəf və ləyaqətin təhqir olunması ilə bağlıdır və məişət xarakteri daşıyır. Jurnalistlərin həbsində siyasi motivlər yoxdur", -deyə şənbə günü Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıyeva bildirib.

AŞPA-nın İnsan haqları və hüquq məsələləri üzrə komitəsi cümə günü Azərbaycanda mətbuatın vəziyyətinə dair bəyanatla çıxış edib. Bəyanatda qeyd olunub ki, Azərbaycanda jurnalistlər müntəzəm olaraq təqiblərə məruzə qalırlar. Komitə mətbuata qarşı təzyiqləri pisləyib.

Azərbaycanda hazırda 9 jurnalist həbsdədir. Onların əksəriyyəti böhtan və təhqirdə ittiham olunaraq həbs ediliblər.

"Jurnalistlərin həbsinin artması cəmiyyət və hakimiyyətlə jurnalistlərin münasibətlərində ciddi problemlərin olduğunu göstərir. Mövcud problemlər jurnalistikanın vəziyyətinin yaratdığı prolbemlərdir və bundan irəli gəlir" -deyə nümayəndə heyətinin sədr müavini əlavə edib.

Hacıyeva bildirib ki, mətbuatla bağlı baş verən proseslər beynəlxalq əlamdə Azərbaycanın imicinə mənfi təsir göstərir və ölkə ətrafında xoşagəlməz vəziyyətin yaranmasına səbəb olur.

Onun fikrincə, yaranmış problemlərin həlli yolu Azərbaycan mətbuatının Avropa standartlarına uyğunlaşmasındadır: "Avropa jurnalistikası insanların şəfər və ləyaqətini alçaldan, bunu ucuz qazanc mənbəyinə çevirən jurnalistika deyil".

Hacıyeva vurğulayıb ki, Azərbaycan cəmiyyəti həlləlik böhtan və təhqirə görə cinayət məsuliyyətinə ləğv etməyə hazır deyil.

Xəbər lenti

Xəbər lenti