...

Bakıda Emin Sabitoğlunun 70 illik yubileyi qeyd olunacaq

Cəmiyyət Materials 17 Dekabr 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Hələ bu ilin noyabrında görkəmli bəstəkar Emin Sabitoğlunun 70 yaşı qeyd olunmalı idi. Amma bununla əlaqədar tədbir proqrammı bir qədər gecikdirildi və Musiqili Komediya Teatrında bəstəkarın xatirəsinə həsr olunmuş mərasim sabah keçiriləcək. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar İttifaqının sədri Anar, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin də iştirakı gözlənilir. Tədbir saat 18:00-da başlanacaq.

Xəbər lenti

Xəbər lenti