...

Azərbaycanda Birinci Beynəlxalq Karikatura müsabiqəsi dördulduzlu olacaq

Cəmiyyət Materials 14 Yanvar 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/

Aprel ayında Azərbaycanda "Molla Nəsrəddin" adlı ilk Beynəlxalq karikatura müsabiqəsi başlayacaq. Bu haqda TrendLife-a Karikaturaçılar İttifaqının sədri Bayram Hacızadə xəbər verib. Onun sözlərinə görə, artıq dünyanın hər yerindən rəssamlar öz işlərini göndərməyə başlayıblar. "Biz çalışacağıq həmin rəssmaları Azərbaycana dəvət edək. Təbii ki, hər şey maddi vəsaitdən asılıdır. Əgər onlar gələ bilməsələr, münsiflərin cavabını internet vasitəsi ilə alacağıq. Əsas odur ki, bizim müsabiqəyə dördulduz qiyməti verilib. Maksimum qiymət beş sayılır. Biz bu müsabiqəni ilk dəfədir ki, keçirəcəyik. Lakin digər ölkələrdə belə müsabiqələr otuz-qırx dəfə keçirilir. Müsabiqədə konkret mövzu yoxdur. Müsabiqəyə hər kəs işini göndərə bilər".

Xəbər lenti

Xəbər lenti