Azərbaycan, Bakı, 20 fevral /müx.TrendLife Şahin Cavadsoy/
Söhbət bəstəkar-müğənni Elza Seyidcahanın "Toy adamları" mahnısından gedir. Bir neçə gün əvvəl verdiyimiz xəbərdə bildirmşdik ki, qonşu Türkiyədə olarkən, əməkdar artist iki hit mahnısını - öz bəstəsi "Maç-maç, quc-quc"la bərabər, Elza xanımın sözügedən bəstəsini də yeni aranjemanda ifa edəcək. Artıq sürprizlərdən biri hazırdır. Bu haqda məlumat verən Brilyant xanım, pərəstişkarlarını şad edəcək bu xəbərə belə aydnlıq gətirməyə çalışdı: " "Toy adamları" mahınısının sözləri Molla Pənah Vaqifə məxsusdur. Sağ olsun Elza xanım , bu bənzərsiz şeirə gözəl bir musiqi bəstələyib. Xüsusi olaraq vurğulayıram ki, həm öz mahnım, həm də "Toy adamları" İstanbulun məşhur "Ulusmüzik" şirkətində aranjeman edilir. Deyim kimi, "Toy adamları" artıq hazırdır. "Maç-maç, quc-quc"un son tamamlanma işləri gedir. Onun aranjemanı hazır olan kimi, dinləyicilər iki mahnıya bir yerdə qulaq asa biləcəklər".