...

Azərbaycan cüdoçuları Olimpiadaya düşmək üçün daha bir addım atıblar

Cəmiyyət Materials 26 Fevral 2008 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral/ Trend , müxbir Z.Səfərov/ Hamburqda keçirilən Dünya Superkubokundan sonra işıq üzü görən Avropa Cüdo İttifaqının növbəti reytinqinin yekunları üzrə beş Azərbaycan cüdoçusu Olimpiyada düşmək üçün əvvəlki kimi gözəl imkanlara malikdirlər.

Trend -un verdiyi məlumata görə, Ramil Qasımov ( 66 kq), Mehman Əzizov ( 81 kq), Elxan Məmmədov ( 90 kq), Mövlud Mirəliyev ( 100 kq) və Kifayət Qasımova ( 57 kq) reytinqdə aparıcı mövqe tuturlar və onların Pekin Olimpiadasına düşməsi artıq zamanın işidir. Bununla yanaşı, 81 kq-dək kateqoriya üzrə Olimpiya yığmsında yer tutmaq üçün daha kəskin rəqabət yaranıb. Belə ki, Avstriyadakı Dünya Kubokunun finalçısı Elxan Rəcəbli Əzizovu izləyir və nəticədə, yekun protokolu üzrə öz komanda yoldaşını üstələyə bilər.

Bu gün yalnız Elnur Məmmədli ( 73 kq) Oyunlar-2008-ə lisenziya qazanıb.

Xəbər lenti

Xəbər lenti