...

Tək gözlü quzu insanlara xəbərdarlıq ola bilər

Cəmiyyət Materials 29 Fevral 2008 22:40 (UTC +04:00)

Azərbaycan, Lənkəran. 29 fevral. / Trend müxbir P.Əliyeva/ Lənkəranda fermaların birində qeyri-adi doğum baş verib. Boğaz qoyunlardan biri tək gözlü bala dünyaya gətirib.

Son vaxtlar ev heyvanları arasında mutant doğum faktları xeyli dərəcədə artıb. Elmdə bunu müxtəlif bioloji faktorlarla əlaqələndirirlərsə də yerli sakinlər belə əlamətlərin daha çox Yaradanın hansısa bir işarə verməsi ilə bağlayır. Elə İlham Yusubov kimi. İlham heç vaxt fikirləşməzdi ki, nə vaxtsa onun fermasında tək gözlü quzu doğulacaq. Bu haqda ona məlumat veriləndə bir az tərəddüd etsə də sonradan gözü ilə gördüklərinə inanmaqdan başqa çarəsi qalmır.

Əslində məsələ doğrudan da maraqlı olub. Normal doğum nəticəsində dünyaya gələn quzunun yalnız bir gözü var. Bundan başqa heyvanın ağzı başının yan hissəsindədir. Ananın erkək quzunu yedizdirməkdən imtina etməsi sahibini məcbur edib ki, balanı evə gətirsin.

Xəbər lenti

Xəbər lenti