...

BMT-nın xüsusi mərüzəçisi Azərbaycanda KİV probleminin həllinə inanır

Cəmiyyət Materials 8 Mart 2008 03:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart Trend müxbir E.Hüseynov/ BMT-nın xüsusi mərüzəçisi Azərbaycanda KİV probleminin olduğunu və tezliklə onların həllinə inanır. Bu ekspert rəyini BMT-nın xüsusi mərüzəçisinin, azad fikir və onların azad ifadəsi Liqabo mərüzəsində öz əksini tapıb. Bu mərüzə, Cenevrədə keçirilən BMT-nin İnsan hüquqları şurasının yeddinci sessiyasında hazırlanmışdır. Bu barədə məlumatı BMT-nin Azərbaycanda inkişaf proqramı mətbuat xidmətindən yayıblar.

Azərbaycana 2007-ci ildə gəlmiş xüsusi mərüzəçi qeyd etmişdir ki, indiki Azərbaycanın "qanunvericiliyi vətəndaşları böhtandan və təhqirlərdən qorumağa çağırılıb".

Bununla belə, Liqabo hökümət və dövlət nümayəndələrilə görüşündən razı qaldığını bildirib və tezliklə icra hakimiyyəti tərəfindən ölkədə yürüdülən siyasətə, DİN fəaliyyətinə qiymət veriləcəyinə ümidvar olduğunu bildirib.

O ki qaldı ədliyyə nazirliyinə, o bəzi məhkəmə qərarlarını aniliz etməli və onların çox saylı jurnalistlər arasında qorxu hissi yaratdığını öyrənməlidir.

Ekspert hesab edir ki, yaranmış vəziyyətin yaxşılığa doğru dəişməsinə birinci addımlardan biri o ola bilərdi ki, KİV haqqında qanunlarda dəişikliklər edilsin və onlar beynalxalq standartlara cavab versin.

Mərüzəçi hesab edir ki, Azərbaycanda komunikasiya bazarı inkişafdan xeyli geridədir. Qonşu ölkələrdə mediaşirkətlərin mövcud olması Azərbaycana maliyyə vəsaitlərinin axmasına şərait yaratmır. İqtisadi resursların inkişafı olmasa KİV nümayəndələrinin peşəkar bacarığı barədə danışmaq çətin olar.

Azərbaycan, yekunda deyildiyi kimi, müxtəlif mədəniyyətlərin və etnik qrupların təmas məkanı olub. "Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqil olması, demokratiya strukturları uğrunda, vətəndaş cəmiyyətinin formalaşması və iqtisadiyyat teplərinin artması uğrunda mübarizə aparan ölkəyə yeni impuls verdi", - bunu Leqabo öz mərüzəsində qeyd edib.

Xəbər lenti

Xəbər lenti