...

Rus bölməsinin abituriyentləri Azərbaycan dili üzrə imtahan verəcəklər

Cəmiyyət Materials 1 May 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C. Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də rus bölməsinin abituriyentləri üçün "Azərbaycan dili" fənnindən test imtahanı  keçirir. Bu barədə TQDK-nın məlumatında bildirilir.

Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki və Qusar şəhərlərində keçirilən imtahanlarda 10143 abituryent iştirak edəcək. Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim ediləcək.

İmtahanda "Elektron ərizə"lərini 2008-ci il aprelin 23-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.

"Elektron ərizə"lərini aprelin 23-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri "Azərbaycan dili" fənni üzrə iyunun 20-də keçiriləcək imtahanda iştirak edəcəklər.

Mayın 3-də keçiriləcək imtahanda "qeyri-məqbul" qiymət alan abituriyentlər, qəbul qaydalarına əsasən, iyunun 20-də keçiriləcək "Azərbaycan dili" imtahanında təkrar iştirak edə biləcəklər. 

2008-2009-cu il ölkənin ali məktəblərinə əsas qəbul imtahanlarında iştirak etmək üçün rus dili bölməsi abituriyentinin topladığı bal 10-dan az olmamalıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti