...

Azərbaycanın qərb bölgəsində onkoloji xəstələr hər il 10 faiz artır

Cəmiyyət Materials 3 May 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Gəncə, 03 may / Trend , müxbir V. Məmmədov / Azərbaycanın Qərb bölgəsində onkoloji xəstələrin sayı hər il 5-10 faiz artır. Bu barədə şənbə günü jurnalistlərə Milli Onkologiya Mərkəzinin şöbə müiri Fuad Mərdanlı məlumat verib.

2007-ci ilin sonuna olan statistikaya görə, respublikada onkoloji xəstələrin sayı 24 minə çatıb.

Mərdanlı deyib ki, qərb bölgəsində onkoloji xəstələrin sayı 8-10 min arasıdır. Şöbə müdirinin bildirdiynə görə, Azərbaycanın müxtəlif bölgələrində müxtəlif onkoloji xəstələr var. Şəki-Oğuz bölgəsində əsasən mədə xərçəngi, Qərb bölgəsində ağciyər xərçəngi, həmçinin süd vəzisi xərçəngi geniş yayılıb. "Dörd il bundan əvvəl respublikada hər il 600-a yaxın süd vəzisi xərçəngi olan xəstələr qeydiyata alınırdısa, ötən il bu rəqəm 1000-ə yaxın olub" Mərdanlı əlavə edib.

Azərbaycanın paytaxtından 350-520 kilometr qərbində olan regiona Gəncə şəhəri, Şəmkir, Ağstafa, Tovuz, Qazax, Daşkəsən, Gədəbəy, Goranboy rayonları daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti