Azərbaycan, Bakı, 19 may / Trend , müxbir R.Ergün/ Bakıda keçirilən bilyard üzrə Avropa çempionatında (AÇ) Azərbaycanın yalnız bir idmançısı mükafatçılar sırasına düşə bilib. Bu barədə Trend a Azərbaycan Bilyard İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Rauf Əliyev məlumat verib.
Kişi bilyardçılar arasında keçirilən yarışda Seyhun Ağayev ikinci yeri tutub. Birinci yerin sahibi rusiyalı idmançı Yuri Paşinski olub. Üçüncü pillədə ukraynalı Aleksandr Palamarla rusiyalı Daniel Bakuşov qərarlaşıblar.
Azərbaycanın qadın bilyardçıları mükafatçılar sırasına adlarını yazdıra bilməyiblər. Qadın idmançıların yarışında ilk pilləni ukraynalı Palyona Rusakova, ikinci yeri Belarus idmançısı Yelena Bukov tutub. Üçüncü pillədə rusiyalı Anastasiya Pukova və Ukraynadan olan Janna Şımavçenko qərarlaşıb.
Bilyard üzrə Avropa çempionatında 32 kişi, 16 qadın idmançı iştirak edib.
On ölkənin bilyard ustalarının qatıldığı çempiontın mükafat fondu 15 min dollar olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]