...

Hollandiya yığması Avropa çempionatının dörddə bir finalına vəsiqəni təmin etdi

Cəmiyyət Materials 14 İyun 2008 04:16 (UTC +04:00)
Hollandiya yığması Avropa çempionatının dörddə bir finalına vəsiqəni təmin etdi

Azərbaycan, Bakı, 14 iyun / Trend / Avropa çempionatının növbəti oyunu Hollandiya və Fransa yığmaları arasında baş tutdu. Hər iki komanda, İtaliya və Rumıniya komandalarının heç heçə (1:1) oynadığı S qrupunu təmsil edirdi.

Hollandiya ї Fransa oyunu Berndə Stade de Suisse arenasında keçirilirdi. Görüşü Xerbert Fandelin başçılıq etdiyi Almaniyadan hakim briqadası idarə edirdi.

Hollandiya yığmasının baş məşqçisi Marko van Basten futbol meydançasına İtaliya ilə (3:0) 9 iyun oyununda oynayan heyyəti buraxmışdır. Fransızlara gəldikdə isə, komandanın baş məşqçisi Raymon Domenek komandanın iki forvardını dəişdirmişdir: Nikolya Anelka və Karim Benzemanın yerlərinə Terri Anri və Sidney Qovu çıxış etdilər.

10-cu dəqiqədə Hollandiya yığması oyunda hesabı açdı. Hollandiya komandasının hücumçusu Dirk Keyt fərqləndi. Kunçdən zərbədən sonra Floran Maluda qalib gələndən sonra başı ilə topu qapıya yönəldti. Hesab 1:0 oldu.

Yenicə meydana çıxmış və sol cinahdan Aryen Robbendən dəqiq ötürmə alan Robin van Persi (59-cu dəqiqədə) Hollandiya yığmasının ikinci qolunu vurdu.

Sonra gözlənilməz hadisə baş verdi. 71-ci dəqiqədə Fransa yığmasının forvardı Terri Anri seçildi, topu yenicə meydançanın ortasından tərpədən hollandlar isə əks hücuma başladılar. Hucum Aren Robbenin dəqiq zərbəsi ilə başa çatdı.

Oyunun son dəqiqələrində (90+2) Uesli Snayder ї Hollandiyi yığmasının oyunçusu rəqibin qapısına axırıncı qolu vurdu. Oyun 4:1 hesabı ilə Hollandiyanın xeyrinə başa çatdı.

Xəbər lenti

Xəbər lenti