...

Yaponiyanın optika mütəxəssisi Azərbaycanın məcburi köçkünlərinə pulsuz göz müayinəsi xidməti göstərir

Cəmiyyət Materials 17 İyun 2008 13:52 (UTC +04:00)
Yaponiyanın optika mütəxəssisi Azərbaycanın məcburi köçkünlərinə pulsuz göz müayinəsi xidməti göstərir

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir C.Babayeva/ 20 iyun Beynəlxalq Qaçqınlar Günü ərəfəsində Yaponiyanın "Fuji Optical Ltd" şirkətinin rəhbəri, optika mütəxəssisi Akio Kanai beş nəfərdən ibarət mütəxəssis qrupu ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) təşəbbüsü ilə Azərbaycanda məcburi köçkünlərə pulsuz göz müayinəsi xidməti göstərir və eynəklər paylayır.

Azərbaycanın Biləsuvar rayonunun Yeni Xocavənd qəsəbəsində başlamış Kanainin xeyriyyə aksiyası çərşənbə axşamı Azərbaycanın Sumqayıt şəhərində davam etdirilib. Sumqayıtda məskunlaşmış 500-dən çox məcburi köçkün göz müayinəsindən keçərək eynəklərlə təmin olunub.

2008-ci il ərzində Azərbaycanda 3500 məcburi köçkünün bu xidmətdən yararlanması gözlənilir.

Kanainin Azərbaycana əvvəlki üç səfəri zamanı minlərlə məcburi köçkün pulsuz göz müayinəsindən keçərək "Fuji Optical Ltd" şirkəti tərəfindən eynəklərlə təmin olunub.

Kanai dünyada son 20 il ərzində təxminən 110 min insana pulsuz göz müayinəsi üzrə göstərdiyi xidmətə görə BMTQAK tərəfindən keçən ilin "Nansen Qaçqın Mükafatı"na layiq görülüb.

Kanainin gələn il də Azərbaycana səfər edəcəyi gözlənilir.

Trend -un arayışı: Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində bir milyondan çox insan məcburi köçkün və qaçqın halına salınıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti