...

Azərbaycanın futbol hakimləri hazırlıq prosesindən yayınırlar – Komitə sədri

Cəmiyyət Materials 19 İyun 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanlı hakimlərin növbəti futbol mövsümünə hazırlığı istənilən səviyyədə getmir. "Hakimləri klubların keçirdikləri yoxlama oyunlarında sınayırıq. Amma referilərin hazırlığı məni tam qane etmir. Gərək bu adamların başlarının üzərindən "Domokl qılıncı" asasan. Çünki bəziləri hazırlıqdan yayınır",- cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.

Məmmədov HK-nın sədri vəzifəsinə bu ilin aprel ayında təyin olunub. Ondan əvvəl komitəyə Murad Məmmədov rəhbərlik edib.

Komitə sədri deyib ki, futbol üzrə növbəti mövsümdən etibarən, Premyer-Liqanın oyunlarını idarə etmək üçün yeni hakimlər cəlb olunacaq. "Premyer-Liqa oyunlarına yeni, gənc hakimlər dəvət olunacaq. Onların arasında təkcə Bakını yox, rayonları təmsil edənlər də olacaq. İyulun15 -dən başlayaraq, hakimlər üçün təlim-məşq toplanışı təşkil olunacaq. İki hissədən ibarət toplanış 12 gün davam edəcək. Gənc referilər bu toplanışa qatılmaqla təcrübələrini artırmaq imkanı əldə edəcəklər", - deyə Məmmədov əlavə edib.

Komitə sədri bildirib ki, növbəti mövsümdə hakimlər idarə etdikləri oyunlara görə daha çox qonorar qazanmaq imkanı əldə edə biləcəklər: "Hakimlərin qonorarları artırılacaq. Amma bu elə də çox olmayacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti