...

Azərbaycanın futbol klubu UEFA İntertoto kubokunda ilk oyununu tablosu olmayan stadionda keçirəcək – stadion direktoru

Cəmiyyət Materials 19 İyun 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu UEFA İntertoto kubokunda ilk oyununu keçirəcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tablosu matçın başladığı vaxta hazır olmayacaq. Bu barədə Trend -a T.Bəhramov adına stadionun direktoru Akif İsmayılov məlumat verib.

İsmayılov bildirib ki, tablo ən geci iyulun 10-dək hazır olacaq. "Stadionumuz üçün yeni tablonu Koreyadan gətirəcəklər. Tablonun stadionda quraşdırılması işini də koreyalılar həyata keçirəcəklər. "Neftçi"nin oyununa kimi tablo hazır olmayacaq. Amma UEFA-nın qərarına görə, bu cür beynəlxalq oyunlarda tablo vacib məsələ sayılmır", - deyə stadion direktoru əlavə edib.

"Neftçi"Nin UEFA İntertoto kubokunda Slovakiyanın "Nitra" komandası ilə oyunu iyunun 21-də saat 21.00-da başlayacaq.

İsmayılov deyib ki, "Neftçi" - "Nitra" oyununun biletləri iyunun 20-dən satışa çıxarılacaq. Stadionun əksər sektorları üçün biletlərin qiyməti bir-iki manatdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti