Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Avstriyanın Vels şəhərində keçirilən "Yuxarı Avstriya kuboku" yarışında bu gün növbəti dəfə böyük hesablı qələbə qazanıb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Macarıstanın "Qrund" adlı komandası ilə görüşən Azərbaycan futbolçuları 5:0 hesabı ilə qələbə qazanıblar.
Azərbaycan yığma komandası "Yuxarı Avstriya kuboku" yarışında ilk oyununu dünən keçirib. İtaliyanın "Korlo" adlı klubu ilə görüşdə Azərbaycan millisi 5:2 hesabı ilə qələbə qazanıb.
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi almaniyalı Bernhard Lippertdir.