...

Azərbaycanda vəkilliyə yenidən qəbul başlanır

Cəmiyyət Materials 9 İyul 2008 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda vəkilliyə yenidən qəbul başlanır.

Vəkillər Kollegiyasından çərşənbə günü Trend -a bildirilib ki, Rəyasət Heyətinin iclasında iyulun 15-dən noyabrın 15-dək vəkilliyə sənəd qəbulunun aparılması ilə bağlı qərar qəbul edilib.

Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Azərbaycanda 560 vəkil var. Vəkilliyə sonuncu imtahanlar ötən ilin martında keçirilib.

Həmin imtahanlardan sonra 241 nəfər Kollegiyaya üzv qəbul olunub.

Vəkilliyə keçirilən müsabiqə iki mərhələdən - test imtahanlarından və müsahibədən ibarətdir.

İmtahanlarda 50-dən artıq bal toplayanlar ikinci mərhələdə iştirak hüququ qazanır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti