...

Azərbaycan televiziyası "Uşaq eurovision" müsabiqəsi üçün istedadlılar sorağındadır

Cəmiyyət Materials 14 İyul 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /TrendLife müxbir Nigar Musayeva/

İctimai kanal 2008-ci ilin noyabr ayında Kiprdə keçiriləcək "Uşaq eurovision" müsabiqəsində iştirak etmək üçün istedadlılar axtarışında çətinlik çəkir. İctimai kanalın nümayəndəsi Adil Kərimlinin TrendLife-a verdiyi xəbərə görə, hazırda bu müsabiqəyə istedadlı uşaqlar axtarsalar da, nəticələr müsbət deyil. Estrada oxuyanları arasında yazan, oxuyan çoxluq təşkil etsə də, balacalar arasında demək olar ki, kadr tapmaq çox çətindir.

"Qaydalara görə, uşaq nəinki yazılmış mahnını ifa etməli, həmçinin özü də bəstəkarlıq qabliyyətinə sahib olmalıdır. Belə uşaqları tapmaq da bir az çətinlik yaradır. Əlbəttki, Azərbaycanda belə uşaqlar var, sadəcə biz hələ onları tapmamışıq",-deyən A. Kərimli bildirib.

"Mən inanıram ki, ölkəmizdə laiyqincə çıxış edəcək uşaqlar var. Bülbül adına musiqi məktəbində istedadlı uşaqlar çoxdur. Musiqi üzrə çalışan uşaqlar özləri mahnı da bəstələyir. Digər tərəfdən isə yaxşı mahnı, gözəl ifaçı "Eurovision" da əsas deyil. Əsas odur ki, təqdim etməyi bacarasan. Bax, uğur bundan asılıdır".

Xəbər lenti

Xəbər lenti