...

"Unformal" qrupu festivala hazırlaşır

Cəmiyyət Materials 22 İyul 2008 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /TrendLife müxbir Nigar Musayeva/

"Unformal" gənc rep-qrupu sentyabr ayında Ukraynada keçirilən "Rock siege" festivalında iştirak etməyə hazırlaşırlar. Ənənəvi festivalda bütün ukraynalı və xaricdən olan rokkerlər toplanacaq. Bundan əlavə qonaqsevər təşkilatçılar festivalın bütün xərclərini öz üzərlərinə götürüblər. Musiqiçilərdən birinin TrendLife-a verdiyi xəbərə görə, adıçəkilən festivalda xarici rokerlər heç olmasa bir dənə Ukrayna dilində mahnı ifa etməlidirlər. Bizim "Unformal" qrupu "Dəniz" mahnısını artıq Ukrayna dilində hazırlayıblar. Hazırda isə dəvət gözləyirlər.

Xəbər lenti

Xəbər lenti