...

"Neftçi" klubundan xeyli sayda futbolçunun getməsinə təəccübləndim – klubun keçmiş baş məşqçisi

Cəmiyyət Materials 30 Oktyabr 2008 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunda baş verənlər komandanın keçmiş kapitanı və baş məşqçisi olan Qurban Qurbanovu təəccübləndirib.

"Bu, böyük klub üçün yaxşı hal deyil. Düzdür, hər bir klubdan futbolçular gedə bilər. Amma hər halda, birdən-birə "Neftçi"dən xeyli sayda futbolçunun getməsinə təəccübləndim", - cümə axşamı Trend -a Qurbanov deyib.

Trend -un arayışı: İki gün əvvəl "Neftçi" klubunun rəhbərliyi Rəşad Sadıqov, Georgi Adamiya, Aleksandr Çertoqanov kimi aparıcı futbolçuların komandadan uzaqlaşdırılması ilə bağlı qərar çıxarıb. Buna səbəb "Neftçi"nin Azərbaycan Premyer-Liqasında son dərəcə uğursuz çıxış etməsi olub.

Hazırda "Qarabağ" klubunda baş məşqçi kimi fəaliyyət göstərən Qurbanov deyib ki, o, son illərdə "Neftçi"nin çempionata uğursuz başlamasının səbəbini bilmir.

"Neftçi" artıq neçə mövsümdür ki, çempionata uğursuz start verir. Amma təəssüf ki, mən bunun səbəbini bimirəm. Əslində, bu cür hallar başqa klublarda da müşahidə olunur. "Neftçi" də Azərbaycanın ən böyük klublarından biridir", - deyə baş məşqçi əlavə edib.

Qurbanov uzun müddət "Neftçi"nin kapitanı olub və sonra komandanın baş məşqçisi kimi fəaliyyət göstərib.

Azərbaycan yığma komandasının da keçmiş kapitanı olan Qurbanov futbolçu karyerası dövründə hücumçu mövqeyində çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti