...

Azərbaycanın "Xəzər –Lənkəran" futbol klubunda dəyişikliklər olacaq – baş məşqçi

Cəmiyyət Materials 10 Noyabr 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubunda dəyişikliklər olacaq.

"Qış fasiləsi dövründə komandamızdan bir neçə futbolçunun getməsi mümkündür. Bir neçə yeni futbolçunun transferi də gözlənilir",- bazar ertəsi Trend - a "Xəzər - Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara deyib.

"Xəzər - Lənkəran" dünən Azərbaycan Premyer -Liqasının 10 - cu turu çərçivəsində? Bakının "İnter" klubu ilə oynayıb və 2:4 hesabı ilə məğlub olub.

Kara bildirib ki, "Xəzər - Lənkəran"ın "İnter" ə məğlubiyyətinə oyunun keçirildiyi Lənkəran stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmaması da təsir göstərib.

"Xəzər -Lənkəran" texnikalı, topla çox hərəkət etməyi xoşlayan komandadır. "İnter" isə, atletik futbola üstünlük verir. Yağış meydançanı pis vəziyyətə salmışdı, bu da oyunumuza çox təsir etdi", - deyə Kara əlavə edib.

Baş məşqçi deyib ki, oyunu idarə edən hakim "Xəzər - Lənkəran"ın braziliyalı futbolçusu Denis Silvaya edilən kobudluğa görə penalti təyin etməyib.

"Mənə elə gəlir ki, rəqib futbolçu Denisə qarşı kobud oynamışdı və baş hakim buna görə penalti təyin etməli idi. Həmin epizoda görə penalti təyin olunsaydı, hesab başqa cür ola bilərdi".

"Xəzər - Lənkəran" - "İnter" oyununun baş hakimi Anar Niyazov olub.

Hazırda hesabında 22 xalı olan "Xəzər - Lənkəran" turnir cədvəlində 5 - ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti