...

İsraildə Müslüm Maqomayevin xatirəsi anılıb

Cəmiyyət Materials 17 Noyabr 2008 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan - İsrail (Azİz) Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə, İsrailin "Aşdod" Kamera Opera Teatrında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş gecə keçirilib. Xatirə gecəsində Azərbaycanın xalq artistləri Dina Tumarkina və Tofiq Mirzəyev mərasim iştirakçıları ilə xatirələrini bölüşüblər.

Azİs İdarə Heyətinin üzvü Yana Salman bildirib ki, dünya şöhrətli bənzərsiz ifaçı Müslüm Maqomayev Azərbaycan milli elitasının layiqli təmsilçisi kimi, həm vətənpərvər olduğunu, həm də öz yaradıcılığı ilə Azərbaycanı təbliğ etdiyini deyib.

Azİs-in prezidenti, Knessetin deputatı İosif Şaqalın anım gecəsinə göndərdiyi məktubu səsləndirən təşkilatın vitse-prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı Nina Yarovaya hələ o gənc ikən çəkilən "Yeni görüşlərədək, Müslüm" adlı televiziya filmindən tanıdığı dahi sənətkar haqqında ürək sözlərini söyləyib.

Teatrın solistləri mərhum sənətkarın repertuarından romanslar və estrada mahnıları ifa ediblər. Tədbirin sonunda çıxış edənlər əllərində şamla səhnəyə çıxıblar, bütün zal ayağa qalxıb və unudulmaz ifaçının son bəstəsi olan "Proşşay, Baku" nəğməsi ifa olunub.

SSRİ xalq artisti, müasir dövrün görkəmli müğənnisi Müslüm Maqomayev oktyabrın 24 - dən 25 - nə keçən gecə, 67 yaşında Moskvada vəfat edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti