Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 17 yaşlılardan ibarət yığma komandasının iki üzvü sabahdan etibarən, Almaniyanın "Ayntraxt" klubunun düşərgəsində məşqlərə başlayacaq. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Bir müddət əvvəl AFFA ilə "Ayntraxt" klubu arasında Azərbaycan yığmasının iki üzvünün - Andrey Papoviç və Emin Mehdiyevin Almaniya komandasının düşərgəsində məşq edəcəkləri ilə bağlı razılıq əldə olunub.
Azərbaycanın daha bir neçə gənc futbolçusunun İspaniyanın məşhur "Real" klubunda məşq edəcəyi gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]